BTE MMC yaşayış, kommersiya və istehsalat obyektlərində yaranan bərk məişət tullantılarının toplanması və daşınması üzrə etibarlı xidmətlər təqdim edir. Obyektin ehtiyacına uyğun müxtəlif həcmli tullantı konteynerləri və pres-konteyner sistemləri təmin olunur.
Tullantılar müəyyən edilmiş qrafik və marşrut üzrə toplanaraq xüsusi nəqliyyat vasitələri ilə müvafiq utilizasiya məntəqələrinə daşınır. Bütün yükləmə və daşınma əməliyyatları təhlükəsizlik, gigiyena və ekoloji tələblərə uyğun həyata keçirilir.
✓ Müxtəlif həcmli tullantı konteynerlərinin təmin edilməsi
✓ Tullantıların müəyyən edilmiş qrafik üzrə toplanması
✓ Xüsusi tullantı avtomobilləri ilə təhlükəsiz daşınması
✓ Tullantıların müvafiq məntəqələrə təhvil verilməsi və sənədləşdirilməsi