BTE MMC təhlükəli və təhlükəsiz tullantıların idarə edilməsinin bütün mərhələləri üzrə kompleks və etibarlı həllər təqdim edir. Xidmətlərimiz tullantıların toplanması, təsnifatı, qablaşdırılması, müvəqqəti saxlanması, daşınması və utilizasiyasını əhatə edir.
Bütün əməliyyatlar yerli qanunvericiliyə, ekoloji tələblərə və tullantıların idarə edilməsi iyerarxiyasına uyğun həyata keçirilir. Müasir texnologiya və xüsusi avadanlıqlardan istifadə etməklə tullantıların ətraf mühitə təsirini minimum səviyyədə saxlamağa çalışırıq.
✓ Təhlükəli və təhlükəsiz tullantıların toplanması və təsnifatı
✓ Tullantıların qablaşdırılması və müvəqqəti saxlanması
✓ Xüsusi nəqliyyat vasitələri ilə təhlükəsiz daşınma
✓ Çeşidləmə, təkrar emal, utilizasiya və hesabatların hazırlanması