BTE MMC tibb müəssisələrində yaranan tibbi tullantıların təhlükəsiz toplanması, qablaşdırılması və daşınması üzrə peşəkar xidmətlər təqdim edir. Tullantılar növlərinə uyğun təsnif edilərək xüsusi işarələnmiş və sızdırmaz konteynerlərdə toplanır.
Konteynerlər təhlükəsiz şəkildə bağlanır və xüsusi nəqliyyat vasitələri ilə müvafiq utilizasiya məntəqələrinə daşınır. Bütün əməliyyatlar sanitariya-gigiyena, ekoloji və əməyin mühafizəsi tələblərinə uyğun həyata keçirilir.
✓ Tibbi tullantıların növlərinə uyğun təsnif edilməsi
✓ Xüsusi konteynerlərin təmin edilməsi və təhlükəsiz toplanma
✓ Təhlükəsiz yükləmə və xüsusi nəqliyyat vasitələri ilə daşınma
✓ Utilizasiya məntəqəsinə təhvil verilməsi və müvafiq sənədləşmə