PMD Projects – AFEZ İnzibati Binalarının İnşası Layihəsi
2022–2023-cü illərdə BTE MMC, PMD Projects tərəfindən həyata keçirilən AFEZ inzibati binalarının inşası layihəsində tullantıların idarə olunması üzrə xidmətlər göstərmişdir.
Layihə müddətində tikinti sahəsində yaranan tullantıların operativ toplanması, xüsusi nəqliyyat vasitələri ilə daşınması və müəyyən edilmiş tələblərə uyğun təhvil verilməsi təmin edilmişdir. Görülən işlər ərazidə təmizliyin, təhlükəsizliyin və fasiləsiz iş prosesinin qorunmasına xidmət etmişdir.