PMD Projects – Bilgah Beach Hotel Layihəsi
BTE MMC 2026-cı ildən etibarən PMD Projects tərəfindən həyata keçirilən Bilgah Beach Hotel layihəsində tullantıların idarə olunması üzrə xidmətlər göstərir.
Layihə çərçivəsində tikinti və yenidənqurma işləri nəticəsində yaranan tullantıların operativ toplanması, xüsusi nəqliyyat vasitələri ilə daşınması və müəyyən edilmiş tələblərə uyğun təhvil verilməsi təmin olunur. Görülən işlər ərazidə təmizliyin, ekoloji təhlükəsizliyin və fasiləsiz iş prosesinin qorunmasına xidmət edir.